İlk dərsdən ingiliscə danışmaq mümkündürmü?

İlk dərsdən ingiliscə danışmaq mümkündürmü?
  06 Mart 2015    Oxunub:3891
Bir neçə ildir Azərbaycanda “Callan” metodu ilə xarici dil tədris edən “London School of Azerbaijan” Tədris Mərkəzi fəaliyyət göstərir. Şirkətin direktoru Nigar Məmmədova saytımıza açıqlamasında bildirib ki, bu metodla təhsil alan tələbələr xarici dilləri rahat və sürətli şəkildə öyrənə bilirlər.

1960-cı illərdə ingilis liqvist Robin Callanın Neyro Linqvistik Proqramlaşdırma əsasında yaratdığı, insan psixologiyasına təsir edərək, onun asanlıqla xarici dilləri öyrənməsinə xidmət edən innovativ Callan metodunun Azərbaycandaki ilk və yeganə təmsilçisinin `London School` olduğunu söyləyən Nigar Məmmədova bildirib ki, “Callan metodu ilə tədris zamanı heç bir söz ehtiyatına malik olmayan tələbə belə, ilk dərsdən etibarən müəyyən mənada danışmağa başlayır və artıq 5-6 dərsdən sonra fikirlərini elementar səviyyədə ifadə edə biləcək ingiliscəyə yiyələnmiş olur.

- Bu metodun əsas özəlliyi insanlara xarici dilləri məhz ana dilini öyrəndikləri şəkildə - danışaraq və dinləyərək öyrətməsidir. Hansısa bir dili öyrənməyin ən effektiv yolu həmin dildə danışmaq və dinləməkdir ki, Callan proqramı da məhz dərs boyu davam edən sual-cavab məzmunlu dialoq şəklində qurulub. 12 səviyyəli Callan dəsrliyindən ibarət sistemlə işləyən bu üsul tələbəyə xarici dillərin məhz praktiki istifadəsini öyrədir. Bu da öz növbəsində tələbənin ənənəvi üsullardan 4 dəfə daha tez və daha rahat nəticə əldə etməsini təmin edir. Əlavə olaraq Callan dərslərində ev tapşırığı, çətin qrammatik qaydalar da olmur. Qrammatika tələbəyə asanlaşdırılmış şəkildə, danışıq əsnasında çatdırılır,- deyə Nigar Məmmədova bildirib.

Metodun effektivliyinə əyani şəkildə əmin olmaq istəyənlər `London School`un onlar üçün təşkil etdiyi ilkin ödənişsiz sınaq dərslərində də iştirak edə bilirlər. Proqramı bitirən tələbələrə isə onların Callan metodu ilə xarici dil öyrəndiyini təsdiq edən “Callan” sertifikatı verilir.


Teqlər:  





Xəbər lenti