Bakıda mahnı üstündə qan töküldü
Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, kafedə Ağdam sakini Vüqar Quliyev sifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. O, özü üçün musiqi sifariş verərək dinləyirmiş.
Bu zaman başqa bir müştəri - Ramil Mayılov müsiqiçilərə yaxınlaşaraq ayrı mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.
Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.
Maraqlıdır ki, hər iki şəxs fəhləliklə məşğul olur.
Teqlər: