Nazir rəhbər şəxsləri işdən çıxardı
AzVision.az xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib.
Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub.
Altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək.







Vaxtında, Aydın, Lazımlı!


