XİN: “Yaxın vaxtlarda Xalidə Xalid ölkəmizə qayıdacaq”

XİN: “Yaxın vaxtlarda Xalidə Xalid ölkəmizə qayıdacaq”
  20 May 2013    Oxunub:1741
“Azərbaycanın Təbrizdəki konsulluğu lazımi işləri artıq görüb”.
AzVision.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbər Elman Abdullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda İran tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar aparılır.

“Ümid edirik ki, yaxın vaxtlar onlar ölkəmizə qaytarılacaq. Onların Azərbaycana qaytarılması ilə bağlı prosedur yaxın vaxtlarda tamamlanacaq. Bu barədə Azərbaycanın Təbriz konsulluğu lazımi işləri artıq görürlər”-deyə, E.Abdullayev bildirib.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfərindən sonra mayın 19-u isə onlar azadlığa buraxılıblar.

Anar


Teqlər:  





Xəbər lenti