Futbolçularımızın maaşına limit qoyuldu

Futbolçularımızın maaşına limit qoyuldu
  07 Mart 2015    Oxunub:2162
AFFA-nın İcra Komitəsinin dünənki iclasında AFFA-nın Klub Komitəsinin gənc futbolçuların məvacibinə dair tövsiyə qərarının rəsmi təsdiqi olub.
AzVision.az-a xəbər verir ki, 21 yaşına qədər oyunçu il ərzində 30 mindən artıq almayacaq. 23 yaşına qədər isə 50 mindən artıq ala bilməz. Bununla yanaşı yığmaya dəvət edilən oyunçuların maaşının 50 faiz artırılmasına haqları var. Bu qayda pozulduğu halda futbolçu bir il müddətinə oyunlardan kənarlaşdırılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti