Pilotlarımız Türkiyədə - FOTOLAR

Pilotlarımız Türkiyədə - FOTOLAR
  07 Mart 2015    Oxunub:1654
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. Ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.

MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

Təlimlər davam edir.







AzVision.az


Teqlər:  





Xəbər lenti