Nazirlik qiymət artıranları cəzalandırdı

Nazirlik qiymət artıranları cəzalandırdı
  07 Mart 2015    Oxunub:1520
Xırdalan şəhərində alıcıları aldadan market aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb.

Belə ki, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus “Mono”, eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında “Azeri Retail” MMC-yə məxsus “Fresko” marketlərdə yoxlamalar aparılıb.

Aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.


Teqlər:  



Xəbər lenti