Olimpiya Stadionu istismara verildi
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.
Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb və tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib.
Yuxarıda qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib.
Qeyd edək ki, 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda baş tutacaq.