Türkiyənin ordu generalı Bakıda - FOTOLAR

Türkiyənin ordu generalı Bakıda - FOTOLAR
  07 Mart 2015    Oxunub:1695
Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.

AzVision.az xəbər verir ki, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

Qalereya




Teqlər:





Xəbər lenti