Polisin düşdüyü qəza ilə bağlı AÇIQLAMA

Polisin düşdüyü qəza ilə bağlı AÇIQLAMA
  08 Mart 2015    Oxunub:2164
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:20-də başa çatıb.

Qeyd edək ki, “Toyota”nın sürücüsü 1969-cu il təvəllüdlü Fərhad İsmayılov polis əməkdaşıdır.


Teqlər:



Xəbər lenti