Bakıda bir dəqiqəyə iki qəza - VİDEO

  09 Mart 2015    Oxunub : 1040
Bakıda bir dəqiqəyə iki qəza - VİDEO
Əvvəlcə minik maşınları bir-birinə, sonra isə avtobus minik maşınına çırpılıb
Bakıda bir dəqiqədə iki yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan yol qəzasının birini avtobus törədib. Digərində isə bir-birinin yoluna çıxan iki minik maşını toqquşub.

Videodan görünür ki, iki minik maşını toqquşub və onlardan biri səkinin üzərinə çıxıb. Daha sonra isə 53 saylı marşrut avtobusu ağ rəngli «Hyundai» markalı avtomobili arxadan vurur.

Əslində, burada avtobus sürücüsünü o qədər də günahlandırmaq doğru olmazdı. Çünki «Hyundai»ın sürücüsü yolun ortasında qəfil dayanaraq geriyə hərəkət etməyə başlayır. Düzdür, avtobus sürücüsü qəzadan yayına bilərdi. Lakin görünür, minik avtomobilinin sürücüsü arxaya sürətlə hərəkət etdiyi üçün toqquşmadan yayına bilmədi. Bu azmış kimi, «Hyundai»ın sürücüsünün maşından düşüb avtobus sürücüsünün üstünə cumub onu borclu çıxarması maraq doğurur. (Avtosfer.az)


Teqlər: