İlham Əliyev “Eurovision”la bağlı göstəriş verib

İlham Əliyev  “Eurovision”la  bağlı göstəriş verib
  20 May 2013    Oxunub:1661
Prezident İlham Əliyev Eurovisionda səsvermə zamanı yaranan anlaşılmazlıqla bağlı göstəriş verib.
Azərbaycanın ötən şənbə Malmödə baş tutan “Eurovision-2013” mahnı müsabiqəsinin finalında Rusiya təmsilçisi Dina Qaripova bir səs belə verməməsi çoxları tərəfindən təəccüblə qarşılanıb, hətta diplomatik qalmaqala səbəb olub.

Bu gün, “Vestnik Kafkaza”ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, bu gərginliyə münasibət bildirib və deyib ki, Azərbaycan əslində Rusiyaya 10 bal verib, amma bu səslər harasa yoxa çıxıb. Dəqiq nə baş verdiyi məlum deyil. Ancaq Prezident İlham Əliyev bu xoşagəlməz insidentin araşdırılması üçün göstəriş verib.

“Bu, bir musiqiçi və incəsənət xadimi kimi, məni də təəccübləndirdi. Ola bilməz ki, Azərbaycandan Rusiyaya səs verilməsin. Üstəlik, Rusiya təmsilçisi həqiqətən yaxşı çıxış etmiş və nəticədə beşinci yerə layiq görülmüşdür. Bir çox azərbaycanlılar da verdikləri səsin, yoxa çıxmasından narahatdırlar.
Prezident İlham Əliyev məsələylə bağlı göstəriş verib və indi maraqlı bir stiusiya yaranıb: Azərbaycandan Rusiyaya səs verilib və konkret səs sayı var. Lakin, məsələ burasındadır ki, səslər Almaniyada hesablanır və final nəticəsi Almaniyadan yayılır”-deyə Bülbüloğlu vurğulayıb.

Səfir onu da qeyd edib ki, məsələ təsdiq olunduğu təqdirdə, Rusiyanın siyahıdakı yeri dəyişdirilə bilər.



Teqlər:  





Xəbər lenti