Suraxanı küçələrindən biri təmir olunur

Suraxanı küçələrindən biri təmir olunur
  09 Mart 2015    Oxunub:1402
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb.
Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Bildirilib ki, hazırda beton bordürlərin sökülməsi işləri həyata keçirilir. Küçə boyu bəzi ərazilərdə yolun əsası sıradan çıxıb ki, bu hissələrdə bərpa işi həyata keçiriləcək. Bundan sonra isə bordürlər dəyişdiriləcək və yeni asfalt-beton örtüyü salınacaq.

Qeyd edək ki, Səttar Bəhlulzadə küçəsinin uzunluğu 1800 metr, eni isə 9 metrdir.

AzVision.az


Teqlər:



Xəbər lenti