“Milli Ön” terminalından 1430 manat oğurlanıb

“Milli Ön” terminalından 1430 manat oğurlanıb
  09 Mart 2015    Oxunub:1514
Bakının N.Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış “Milli Ön” terminalından 1430 manat oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti