ANS-dən ixtisarlarla bağlı AÇIQLAMA
“Bəyəm, haradasa işçilər gəlib 50 il işləyir? Hamı gəlir işləyir, sonra da gedir. Baxmayaraq ki, Çinarə Mustafayeva Seyfulla müəllimin qohumudur, onun da səlahiyyətlərini aşağı salıb”.
Şirkətin səlahiyyətlisi ixtisarların maliyyə ilə bağlı olmamasına da aydınlıq gətirib.
“Görünür, nəsə var idi ki, prezident belə bir qərar verib”-deyə M.Məmmədov deyib.
Qeyd edək ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən çıxarıb. Teleaparıcı jurnalist Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın oğludur. O, 2002-ci ilin dekabrından 2011-ci iln martınadək ANS TV-də çalışıb. “Xəbərçi”, “Hesabat” verilişlərinin aparıcısı olub. Ceyhun Əsgərov bir müddət “Araz” radiosunda redaktor-DJ, sonra isə Tovuz rayonunda yerləşən Türkel telekanalının icraçı direktoru vəzifələrində çalışıb. O, ötən ilin sentyabrında yenidən ANS-ə qayıdaraq ANS ÇM-in baş redaktoru olub. Gərgin keçən iclasda Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayevin radionun ikinci müavini olan qızı Çinarə Mustafayeva aşağı vəzifəyə keçirilib. O, bundan sonra musiqi redaktoru kimi çalışacaq. Bununla yanaşı televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən qovulduğu deyilir.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


