8 Mart gecəsi 3 sərxoş qadın sürücü tutuldu

8 Mart gecəsi 3 sərxoş qadın sürücü tutuldu
  10 Mart 2015    Oxunub:2082
Hər üç qadın səhərə yaxın avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanalıblar. Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günündə Dövlət Yol Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 3 qadın sürücü sərxoş vəziyyətdə saxlanılıb.
Həmin qadınlar Bakı şəhər DYPİ-nin 11-ci tağımının əməkdaşları tərəfindən səhərə yaxın aşkar ediliblər. Saxlanılarkən xanım sürücülərdən biri polisə müqavimət göstərsə də, onun barəsində müvafiq tədbirlər görülüb.

11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev Avtosfer.az-a bildirib ki, ümumilikdə martın 6-dan 8-dək Bakıda 11-ci tağımın əməkdaşları tərəfindən 59 sərxoş sürücü aşkarlanıb. Onlardan 7 nəfəri qadın sürücü olub. Təkcə 8 Mart günü tutulan 29 sərxoş sürücüdən 3-ü xanımdır.(Avtosfer.az)


Teqlər:  



Xəbər lenti