“Twitter”də ən çox izləyicisi olan liderlər - SİYAHI

 “Twitter”də ən çox izləyicisi olan liderlər - SİYAHI
  10 Mart 2015    Oxunub:2132
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan dünya liderləri arasında “Twitter” sosial şəbəkəsində ən çox izləyiciləri olan liderlərdən biridir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu siyahıda ilk yeri 56 milyon izləyicisi olan ABŞ prezidenti Barak Obama tutur. İkinci yerdə 10 milyon 482 min izləyici ilə Hindistanın baş naziri Narendra Modi gəlir. R.T. Ərdoğan isə 5 milyon 969 min izləyici isə 3-cü yerdədir.

Ən çox izləyiciləri olan dünya liderlərinin siyahısını təqdim edirik:

1. ABŞ prezidenti Barak Obama
2. Hindistan baş naziri Narendra Modi
3. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
4. Vatikan lideri Papa Francis
5.Meksika Dövlət Başçısı Enrique Pena Nieto
6. Kolombiya prezidenti Juan Manuel Santos
7. Argentina prezidenti Cristina Fernandez de Kirchner
8. Braziliya prezidenti Dilma Rousseff
9. İndoneziya prezidenti Coko Widodo
10. Filipin prezidenti Noynoy Benigno Aquino

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Twitter” sosial şəbəkəsində Azərbaycan dilində olan rəsmi səhifəsini 138 min, ingilis dilində olan səhifəsini isə 129 min izləyici izləyir.

Sevinc


Teqlər:  





Xəbər lenti