Bakının sürüşən əraziləri

Bakının sürüşən əraziləri
  10 Mart 2015    Oxunub:1253
“Zığ -1, Zığ-2, Əhmədli-1, Əhmədli-2, Qaraçuxur, Badamdar, Bayıl, Park (Nəriman Nərimanov heykəli), Masazır və Günəşli sahələri Bakı şəhərində və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərdir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, yuxarıdakı ərazilər klassik sürüşmə sahələridir.

Qeyd edək ki, bir neçə gün əvvəl Nazirlər Kabineti torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.(Apa)


Teqlər:





Xəbər lenti