Azərbaycan elminə ağır itki
Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülmüşdür. 1986-cı ildə Azərbaycan SSRİ-nin Şərəf nişanı ordeni, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.
Azərbaycan memarlığı tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyük elmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olmuşdur. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tətqiqat obyektinə çevrilmişdir.
Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olmuşdur. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təbliğ etmişdir.
Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilmişdir.
150-dən artıq elmi əsərin müəllifidir. Onlardan “XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı”, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı”, “Azərbaycan məscidləri”, “İran şəhərləri Qacarlar dövründə”, “Bakının Memarlıq ensiklopediyası”, “Abşeron memarlığı”, “Memar-Məşədi Mirzə Qafar İzmaylov” və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.
Tanınmış alim və səmimi insan Şamil Fətullayev-Fiqarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


