MSK-dan Prezident seçkisi ilə bağlı AÇIQLAMA

MSK-dan Prezident seçkisi ilə bağlı AÇIQLAMA
  20 May 2013    Oxunub:1119
“Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı bəzi normativ xarakterli aktlar üzərində dəyişikliklər edilib”
Bu sözləri AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. Onun sözlərinə görə, seçici siyahısı bu ayın sonuna kimi yekunlaşdırılacaq: “MSK-nın veb səhifəsi vasitəsilə bunu ictimailəşdirəcəyik və ölkə üzrə seçicilərin siyahısı elan edəcəyik”-deyə, A.Sarıyev qeyd edib.

“Prezident seçkilərinə start verildikdən sonra ikinci dəqiqləşdirmə həyata keçiriləcək. Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı bəzi normativ xarakterli aktlar üzərində dəyişikliklər edilib və yaxınlarda MSK-nın iclasını keçirərək həmin sənədlərin təsdiqlənməsi gözlənilir”-deyə, MSK rəsmisi əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti