Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq
  10 Mart 2015    Oxunub:1245
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Müsavat başqanının müavini Elman Fəttah iclasda ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə edilib.

E. Fəttah deyib ki, iclasda Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə iştirakla bağlı məsələ də müzakirə olunub. Onun sözlərinə görə, bununla bağlı partiya qərar verməyib: “Hər bir müsavatçı mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə mitinqə qatıla bilər”.

Xatırladaq ki, Milli Şura martın 15-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul edib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. (Apa.az)




Teqlər:



Xəbər lenti