Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü
  10 Mart 2015    Oxunub:1738
Gəncədə doğuş zamanı ana ölümü baş verib.
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Gəncə Doğum Evində baş verib.

Gədəbəy rayonundan olan Təranə Tamıyeva qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Uşaq 3 kiloqram olub. Körpənin səhhətində heç bir problem olmayıb.

Əməliyyatdan sonra qadının halı pisləşib. Həkimlərin səyinə baxmayaraq Təranə Tamıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında araşdırma aparılır.

Qeyd edək ki, Gəncə Doğum Evində tez-tez doğuş zamanı ana ölümü qeydə alınır.


Teqlər:



Xəbər lenti