İlham Əliyevdən Ollanda başsağlığı

İlham Əliyevdən Ollanda başsağlığı
  10 Mart 2015    Oxunub:2070
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Argentinada baş vermiş vertolyot qəzasında Olimpiya çempionu Kamil Muffanın, tanınmış idmançıların və digər həmvətənlərinizin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzVision.az


Teqlər:  



Xəbər lenti