Hacıqabulda dəhşət: 53 yaşlı kişi yanaraq öldü

Hacıqabulda dəhşət: 53 yaşlı kişi yanaraq öldü
  11 Mart 2015    Oxunub:1567
Hacıqabulda faciəli hadisə baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunu. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti