Nəvələrinə görə özünü bıçaqladı

Nəvələrinə görə özünü bıçaqladı
  11 Mart 2015    Oxunub:1764
Bu gün Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 1958-ci il təvəllüdlü Həmidov Nizami Ağahüseyn oğlu özünü bıçaqlayıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.

Hadisə zamanı N.Həmidovun sərxoş olduğu bildirilir. Spirtli içkilərin təsiri altında olan
N.Həmidovun yadına nəvələri düşüb və kişi özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti