Bakı metrosunda ölüm - FOTO

Bakı metrosunda ölüm - FOTO
  11 Mart 2015    Oxunub:1741
Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.
AzVision.az xəbər verir ki, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti