Zakir Həsənov Xorvatiyada - FOTOLAR

Zakir Həsənov Xorvatiyada - FOTOLAR
  11 Mart 2015    Oxunub:1414
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Xorvatiya Müdafiə Nazirliyində Z. Həsənovun Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti