Pensiyaçıların nəzərinə

Pensiyaçıların nəzərinə
  11 Mart 2015    Oxunub:2256
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, Elman Mehdiyev 18 mart 2015-ci il tarixdə, saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.

Qəbulda İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların martın 18-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Teqlər:





Xəbər lenti