“Bahalaşma qaçılmazdır” - “Azərsun” un prezidenti

“Bahalaşma qaçılmazdır” -  “Azərsun” un prezidenti
  11 Mart 2015    Oxunub:2743
“Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyası və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb.
AzVision.az “marja”ya istinadən xəbər verir ki, III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxış edən Abdolbari Goozal bildirib ki, Azərbaycanda devalvasiya birdən oldu: “34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik. Təməl qida məhsullarının istehsalı üzrə “Azersun” xaricdən orta hesabla 50% asılıdır. Bu, bəzi məhsullarda 60%, bəzi məhsullarda isə 10%-dir. Məsələn, duz kimi. Bunun yükünü biz və idxalçı firmalar çəkir. Bu, inşallah yavaş-yavaş düzələcək. Bu şoku Azərbaycan çox rahahatlıqla keçirdi”.

Abdolbari Goozal qeyd edib ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərinin 34% deyil, 15-17% civarında artmasına səbəb olacaq: “Bəzi xaricdəki dostlarımız bizə zəng vuraraq qiymətləri sabit saxladığımızı soruşurlar. Əlbəttə, devalvasiya yerli məhsulların qiymətinin artmasına öz təsirini göstərəcəkdir. Devalvasiya, yəni manatın 34% uzuclaşması yerli istehsal olan məhsullarda 100% deyil, 50% əks olunacaqdır. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34% bahalaşması qaçılmazdır”.

Abdolbari Goozal deyib ki, Azərbaycanda tekstil və kənd təsərrüfatında böyük potensial var. Dövlət və özəl sektor bu sahələrə diqqəti artırmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti