ATV-nin vitse-prezidenti işdən çıxarılıb? - AÇIQLAMA

ATV-nin vitse-prezidenti işdən çıxarılıb? - AÇIQLAMA
  11 Mart 2015    Oxunub:8375
“Mən hal-hazırda öz kabinetimdə oturmuşam və işimi görürəm. İşdən çıxmağımla bağlı deyilənlər, sadəcə yalandır”.
Bunu AzVision.az-a açıqlamasında ATV-nin vitse-prezidenti Məqsəd Nur deyib.
Vitse-prezident vəzifəsindən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, hazırda öz işini icra edir:

“Mən işimi görürəm. Elə bir problem yoxdur. Bunu bütün jurnalistlərə də deyirəm. Mən bu gün ATV-nin vitse prezidentiyəm”.

Qeyd edək ki, tanınmış yazıçı Məqsəd Nurun ATV-nin vitse-prezidenti vəzifəsindən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti