Sevdiyi qıza elçi gedən oğlanı öldürdü - VİDEO
Göyçayda gənclər arasında baş verən dava sonda qan tökülməsi ilə nəticələnib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. 26 yaşlı Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər, lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar.
Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı deyib. Bu günlərdə isə 22 yaşlı Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb və Novruz bayramında nişan mərasiminin keçirilməsi haqqında razılıq əldə olunub.
Bundan sonra Elşən Rahibin evinə gələrək, onu söhbətə çağırıb. Deyib ki, gedək qızla görüşək və görək o özü kimi istəyir. Rahibi aldadaraq küçəyə çıxaran Elşən Rahibin öz maşınında qızın evinə gedərkən yolda onu bıçaqlamağa başlayıb. Rahibə 9 bıçaq xəsarəti yetirən Elşən sonra onun avtomobilinin şinlərini də bıçaqla kəsib-doğrayıb ki, yaralını vaxtında xəstəxanaya aparmaq mümkün olmasın.
Əvvəlcədən Rahibin evinə hazırlıqlı gələn və onu amansızlıqla qəsdən qətlə yetirən Elşən Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)
Teqlər: