Məcburi köçkünün evi yandı

Məcburi köçkünün evi yandı
  11 Mart 2015    Oxunub:1343
Bakının Xəzər rayonunda məcburi köçkünlərin məskunlaşdığı ev yanaraq külə dönüb.
AzVision.az-ın məlumatına görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində bağlar massivi adlanan ərazidə yerləşən 668 nömrəli ev yanıb. Hadisə axşam saatlarında olub. Hadisə baş verərkən evdə yalnız 80 yaşlı qadın olub. Ailə üzvləri toy məclisində olublar.

Evin tüstülədiyini görən yaşlı qadın oradan çıxıb. Qısa vaxt ərzində ev tamam yanıb. Nəticədə ailənin 8 üzvü çöldə qalıb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti