TQDK qəbul imtahanı keçirir

TQDK qəbul imtahanı keçirir
  11 Mart 2015    Oxunub:1712
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.

ezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlanlardır. 1050 namizəd Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında keçiriləcək.


Teqlər:



Xəbər lenti