Eldar İbrahimov “Şərəf” ordeni ilə təltif edildi

Eldar İbrahimov “Şərəf” ordeni ilə təltif edildi
  11 Mart 2015    Oxunub:2407
Prezident İlham Əliyev millət vəkili Eldar İbrahimovun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, prezidentin sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Eldar İbrahimov Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasında idarə heyətinin üzvüdür.

AzVision.az


Teqlər:  



Xəbər lenti