Ermənistan borc içində batır
Ermənistanın xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstərici hesab olunur. Hökümət yaranan problemi həll etmək iqtidarında deyil.
Çünki Ermənistan bütün sahələrdə iflasa uğrayıb. İşğalçı ölkədə stehsal sahələri fəaliyyət göstərmir. 2015-ci ilin əvvəlindən ölkəyə daxil olan fərdi transfertlərin həcmi də kəskin şəkildə azalıb. Bu barədə Ermənistan Mərkəzi Bankının hesabatında məlumat verilir. Hesabatda bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artımın 10 qat aşağı – 0,4-2% olacağı bildirilir. Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan deyib ki, bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari il iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyəcək. Nəticədə yoxsulluğun səviyyəsi bir qədər də artacaq. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması da heç bir müsbət effekt verməyib, əksinə, ölkəyə mənfi təsir göstərib. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticari əlaqələrini əngəlləyib. B.Asatryanın sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari il inflyasiya 10-12 faiz təşkil edəcək. Böhran ən azı daha üç il davam edəcək. (AzərTAc)







Vaxtında, Aydın, Lazımlı!


