“Çelsi” məğlub oldu, “Bavariya” isə qalib gəldi – NƏTİCƏLƏR

İngiltərənin “Çelsi” klubu Londonda Fransa təmsilçisi “PSJ”-ni qəbul edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda əlavə 30 dəqiqə oynanılıb. Burada komandalar hərəyə bir dəfə fərqləniblər - 2:2. Səfərdə iki qol vurduğu üçün 1/4 finala PSJ klubu keçib.
Digər görüşdə Ukraynanın “Şaxtyor” klubu (Donetsk) Almaniya təmsilçisi olan “Bavariya”nın qonağı olub. Ukraynada oynanılan ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunurdu. Rəqibinə 7 cavabsız qolla qalib gələn "Bavariya" 1/4 finala adlayıb
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: