`Ölüm hadisəsinin bizə aidiyyatı yoxdur` - Metropoliten
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, ölüm hadisəsinin metropolitenə heç bir aidiyyatı yoxdur.
O, metronun çıxışında dünyasını dəyişib. Odur ki, ölüm hadisəsini metropoitenin içindəki kimi təqdim etmək düz deyil.
Xatırladaq ki, dünən metronun “Gənclik” stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


