`Ölüm hadisəsinin bizə aidiyyatı yoxdur` - Metropoliten

`Ölüm hadisəsinin bizə aidiyyatı yoxdur` - Metropoliten
  12 Mart 2015    Oxunub:1920
Bu gün Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında ölüm hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, metronun çıxışında 40-45 yaşlarında Vidadi adlı kişi qəfildən yıxılaraq dünyasını dəyişib. Əraziyə polis və tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, ölüm hadisəsinin metropolitenə heç bir aidiyyatı yoxdur.

O, metronun çıxışında dünyasını dəyişib. Odur ki, ölüm hadisəsini metropoitenin içindəki kimi təqdim etmək düz deyil.

Xatırladaq ki, dünən metronun “Gənclik” stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti