Azərbaycan Rusiyadan 3 minə yaxın vaqon alır

Azərbaycan Rusiyadan 3 minə yaxın vaqon alır
  12 Mart 2015    Oxunub:1359
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Rusiyanın “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko ilə görüşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, görüş zamanı birgə əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsi müzakirə olunub.

Danışıqlar zamanı həmçinin Rusiya şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin təmin olunacağı yük vaqonlarının sayı müəyyənləşdirilib.

Şirkətin "Azərbaycan Dəmir Yolları" QSC-yə verəcəyi vaqonlar taxıl, sement, neft və neft məhsulları və s. daşınması üçün nəzərdə tutulub.

Danışıqların yekununda Rusiya tərəfinin "Azərbaycan Dəmir Yolları" QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.


Teqlər:





Xəbər lenti