Zakir Həsənov prezidentlə görüşdü

Zakir Həsənov prezidentlə görüşdü
  12 Mart 2015    Oxunub:1401
Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.
Müdafiə NAzirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:



Xəbər lenti