Əsgərimiz ad günündə şəhid olub - FOTO

Əsgərimiz ad günündə şəhid olub - FOTO
  12 Mart 2015    Oxunub:1813
Ötən axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqınının qarşısını alarkən şəhid olan 1991-ci i l təvəllüdlü Anar Mamed oğlu Atayev bu gün doğulduğu kənddə dəfn olunacaq
AzVision.az anspress-ə istinadən xəbər verir ki, şəhid bu gün günorta saatlarında Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq.

Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir. Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.

Şəhidin atası Mamed Atayev bildirib ki, oğlunun şəhidlik zirvəzinə yüksəldiyi üçün qürur hissi duyur.

Düzdür oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir”, - deyə Mamed Atayev bildirib.



Teqlər:  



Xəbər lenti