Həcc ziyarəti dollara görə bahalaşıb - AÇIQLAMA
Qiymətlərin birdən-birə bahalaşması nə ilə bağlıdır?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov AzVision.az-a bildirib ki, son aylarda dolların məzənnəsi dəyişdiyindən qiymətlərdə də bahalaşma olub.
M.Payızov onu da əlavə edib ki, qiymət bahalaşması həm də Səudiyyə Ərəbistanında bütün mehmanxanaların sökülməsi ilə əlaqədardır:
“Səudiyyə Ərəbistanında demək olar ki, bütün mehmanxanalar sökülüb, evlər az qalıb. Həm də Ərəbistanda da qiymətlər bahalaşdığından Həcc ziyarəti bahalaşıb. AZAL da biletlərin qiymətini 400-500 manat bahalaşdırıb. Ucuşları da AZAL həyata keçirdiyindən Həcc ziyarətinin də istər-istəməz qiyməti bahalaşıb”-deyə Müqəddəs Payızov bildirib.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


