Həcc ziyarəti dollara görə bahalaşıb - AÇIQLAMA

Həcc ziyarəti dollara görə bahalaşıb - AÇIQLAMA
  12 Mart 2015    Oxunub:2516
Bu il Həcc ziyarətinin qiymətləri əvvəlki illərə nisbətən bahalaşıb. Belə ki, VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar təşkil edəcək.

Qiymətlərin birdən-birə bahalaşması nə ilə bağlıdır?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov AzVision.az-a bildirib ki, son aylarda dolların məzənnəsi dəyişdiyindən qiymətlərdə də bahalaşma olub.

M.Payızov onu da əlavə edib ki, qiymət bahalaşması həm də Səudiyyə Ərəbistanında bütün mehmanxanaların sökülməsi ilə əlaqədardır:

“Səudiyyə Ərəbistanında demək olar ki, bütün mehmanxanalar sökülüb, evlər az qalıb. Həm də Ərəbistanda da qiymətlər bahalaşdığından Həcc ziyarəti bahalaşıb. AZAL da biletlərin qiymətini 400-500 manat bahalaşdırıb. Ucuşları da AZAL həyata keçirdiyindən Həcc ziyarətinin də istər-istəməz qiyməti bahalaşıb”-deyə Müqəddəs Payızov bildirib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti