MTN əməliyyat xəbərini təkzib etdi

MTN əməliyyat xəbərini təkzib etdi
  12 Mart 2015    Oxunub:1645
Bəzi kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumatlar yayılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Təhlüksəzilik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Trend-in sorğusuna cavab verilib.

Bildirilib ki, bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonda əməliyyat keçirilməsi barədə yayılan məlumatlar səhvdir: “Tərəfimizdən Tərtər rayonunda əməliyyat keçirilməyib. Qeyd etdiyiniz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti