Gecikdirilmiş kreditlərin ödənilməsi müddəti uzadıldı

Gecikdirilmiş kreditlərin ödənilməsi müddəti uzadıldı
  12 Mart 2015    Oxunub:2542
Azərbaycan Mərkəzi Bankı (AMB) restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib.
AzVision.az-ın məlumatına görə, AMB-nin sədri Elman Rüstəmov “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na müvafiq dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.



Restrukturizasiya olunmuş aktiv - iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

AzVision.az


Teqlər:  



Xəbər lenti