Şəhidimiz torpağa tapşırıldı

Şəhidimiz torpağa tapşırıldı
  12 Mart 2015    Oxunub:2049
Cəbhə xəttində şəhid olan Anar Mamed oğlu Atayev bu gün dəfn edillib.
Ağcabədi rayonu Minəxorlu kənd icra nümayəndəliyindən AzVision.az-a verilən məlumata görə, artıq şəhidin cənazəsi kənd qəbirstanlığında torpağa tapşırılıb.

Vida mərasiminə şəhidin döyüş yoldaşları, rayon ictimaiyyəti də qatılıb.
Şəhid dəfn olunduqdan sonra yaylım atəşi açılıb.

Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti