Mehriban Əliyeva Fransada - FOTO

  20 May 2013    Oxunub : 825
Mehriban Əliyeva Fransada - FOTO
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının və muzeyinin direktoru Katrin Peqarı ölkəmizə səfərə dəvət edib.
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 20-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşüb.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, hədiyyələrin təqdim olunduğu görüşdə Azərbaycan ilə Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Mehriban xanım Əliyeva Versal sarayındakı iki abidənin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu qeyd edərək bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının və muzeyinin direktoru Katrin Peqarı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən Katrin Peqar Versaldakı iki abidənin bərpasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlıq etmişdir. O, bu cür layihələrin Heydər Əliyev Fondu ilə Versal sarayı arasında əlaqələrə mühüm töhfə olacağını diqqətə çatdırıb.

Görüşdə yaxın gələcəkdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatının, o cümlədən Bakıda Versal muzeyinə aid eksponatlardan ibarət sərgisinin keçirilməsi barədə razılıq əldə edilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov görüşdə iştirak edib.

Teqlər: