AMEA-nın illik yığıncağının vaxtı bilindi

AMEA-nın illik yığıncağının vaxtı bilindi
  12 Mart 2015    Oxunub:1392
Cari ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçiriləcək.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında Ümumi yığıncağın gündəliyi təsdiq edilib.

AMEA-dan AzVision.az-a verilən məlumata görə, gündəlikdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın vitse-prezidenti vəzifəsinə və AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi və s. məsələlər yer alıb. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da gündəliyə daxil olan məsələlərdəndir.

Rəyasət Heyətinin qərarı ilə Ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılıb. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.


Teqlər:



Xəbər lenti