`Laçından namizəd olmağa meyilliyəm` - Taleh Şahsuvarlı
Taleh Şahsuvarlı bildirib ki, parlament seçkiləri yaxınlışdıqca bütün siyasi düşərgələrdə 1975-80 ci illərdə anadan olmuş şəxslərin yeni iddiaçılar nəsli kimi formalaşdığı nəzərə çarpır və bu seqmentin aktivliyi növbəti kampaniyanın əvvəlkilərdən fərqlənməsini təmin edən həm əsas, həm də təbii sosial dinamizm amili olacaq.
“Mən də həmin yaş dövrünə aidəm və təvazökarlıqdan uzaq olsa da, deyim ki, öz potensialıma görə effektiv kampaniya apara bilərəm. Ancaq parlament seçkiləri kimi ciddi kampaniyanın uğurla sonuclanması təkcə fərdi potensialdan asılı deyil, eyni zamanda, həmin ərəfədə mövcud olacaq siyasi situasiyadan və resurların səfərbər edilməsi imkanlarından asılıdır. Odur ki qarşıdakı seçimlərdə iştirak üçün mənə etimadı olan və kampaniyanın təşkilinə dəstək verəcək dostlarımla mütləq məsləhətləşmələr aparacam”- deyə o Taleh Şahsuvarlı fikrini tamamlayıb.
“Əgər seçkilərdə iştirak etmək qərarına gəlsəniz, namizədliyinizi hansı dairədən irəli sürməyi düşünürsünüz” sualına isə o belə cavab verib:
“Mənim effektiv kampaniya apara biləcəyim bir neçə dairə var. Bu dairələrdən hansında effekt daha yüksək, nəticə daha uğurlu olar kimi suallara hakim partiyanın namizədləri açıqlanandan sonra cavab tapmaq mümkündür. İndiki situasiyada özüm 121 saylı Laçın seçki dairəsindən namizəd olmağa daha çox meylliyəm. Ancaq bu, hələlik bir ideyadır”.
Teqlər: