Həmkarı Hadi Rəcəblini müdafiə etdi

Həmkarı Hadi Rəcəblini müdafiə etdi
  13 Mart 2015    Oxunub:2087
Milli Məclisin deputatı Etibar Hüneynov sosial-siyasət komissiyasının sədri Hadı Rəcəblinin müəllimlərin iş saatı və maaşı ilə bağlı verdiyi məlum açıqlamaya münasibət bildirib.
Millət vəkili bu barədə Febook sosial şəbəkəsində fikirlərini bildirib:

“Dostlar məni qınayacaqsız bilirəm. Ancaq əmin olun ki, tam səmimi deyirəm. Mənim Hadı Rəcəblidən heç bir asılacağım, qorxacağım yoxdu.

Amma inanın ki, Milli Məclisdəki 125 nəfərin içərisində 5-10 ən çox işləyən, əziyyət çəkən varsa onlardan da biri Hadı Rəcəblidir. O, Milli Məclisin ən ağır komissiyası sayılan sosial- siyasətə rəhbərlik edir. Amma buna baxmayaraq Hadı müəllim bir çoxlarından fərqli olaraq seçicilərə və mətbuata hər zaman açıq olan birisidir”.

Etibar Hüneynovun sözlərinə görə, bu ictimai qınaq Hadı Rəcəblini mətbuatdan uzaqlaşdıra bilər:

“Məncə, bir ehtiyatsız söyləntisinə görə onun üzərinə bu qədər gətməyə dəyməz. Üstəgəl o halda ki, yenidən açıqlama verib öz sözlərinə bir daha aydınlıq gətirdi. Amma inanın ki, bu minvalla sonunda o da mətbuatla ünsiyyetinə son qoyacaq. Bu gün 125 deputatın onsuz da azından 100-ü mətbuatla ünsiyyətdən tam və ya qismən yayınır. Məncə, siyahını artırmağa dəyməz”.

Xatırladaq ki, Hadı Rəcəblinin müsahibəsində qeyd edib ki, əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.

AzVision.az


Teqlər:  



Xəbər lenti